Books

Azrbaycanda Psixologiya Elminin Dünni Bu Günü V Glck İnkişaf Perspektivlri: Problemlr; Vzi

Azərbaycanda psixoloji fikir tarixi qədim və zəngindir. XX əsrdə və eləcə də XXI əsrin ilk on illiyində Azərbaycanda elmi psixologiya xalqımızın təfəkkür qaynaqlarına, milli mənəvi dəyərlərə söykənərək inkişaf edib formalaşmışdır.Hər bir xalqın özünəməxsus adət və ənənələri, istək və arzuları, xarakteri, ağıl və düşüncəsi, təfəkkür tərzi, qonaqpərvərliyi, qabiliyyəti, ictimai - sosial münasibətləri, bir sözlə mənəvi - psixoloji aləmi onun milli mənəvi dəyərlərində öz əksini tapır. Bu milli mənəvi dəyərləri isə müxtəlif formalarda (şifahi xalq yaradıcılığı nümunələrində, dini təsəvvürlərdə, görkəmli tarixi şəxsiyyətlərin yaradıcılığında, daş və qaya rəsmlərində, arxeoloji qazıntılarda və s) təşəkkül tapmış, inkişaf edib nəsildən - nəslə ötürülmüşdür.Bu baxımdan Azərbaycanın da özünəməxsus milli mənəvi dəyərləri ilk növbədə şifahi xalq yaradıcılığında öz əksini tapmışdır.Azərbaycan şifahi xalq yaradıcılığı canlı danışıq dilimizin bütün incəliklərini özündə əks etdirən qiymətli bir xəzinədir. Azərbaycan şifahi xalq yaradıcılığının hər bir nümunələrində (nağıllar, atalar sözü və məsəllər, bayatılar, laylalar, tapmacalar, yanıltmaclar, nəğmələr və s) xalqımızın mənəvi - psixoloji aləmi, məişəti, dünyagörüşü, təfəkkür, təxəyyülü, hissi - iradi keyfiyyətləri, qabiliyyət və istedadı, əməyə münasibəti əks etdirilir.

Add to my reading list

Create a reading list

Review

Azrbaycanda Psixologiya Elminin Dünni Bu Günü V Glck İnkişaf Perspektivlri: Problemlr; Vzi

Your rating
— / 5

Book details

Genre
Reference
Publisher
Platanus Publishing
Publication year
2023
ISBN
9786256971356
Edition
1
Language
English
Author
Harun Öztaş

Reviews

Views
0
Likes
0
Ratings
0
Reviews
0
Average rating
—
Report a catalogue error